Əsas Səhifə / Qəbul günləri

                                                

                                                       

          Bakı Apellyasiya Məhkəməsində vətəndaşların  

           qəbulu ilə  bağlı 16 iyul  2007-ci ildə  müəyyən  

           edilmiş  qəbul  qaydasına  edilmiş  dəyişikliklər

           məhkəmənin    Rəyasət Heyətinin  12  fevral

           2019-cu il  tarixli qərarı ilə təsdiq olunmuşdur

 

 

Bakı Apellyasiya Məhkəməsində vətəndaşların qəbul edilmə

 

Q A Y D A S I

 

         1. Bakı Apellyasiya Məhkəməsində vətəndaşların qəbulu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq məhkəmənin sədri, sədr müavini, aparatın rəhbəri və ümumi şöbənin müdiri tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

 

          1.1. vətəndaşlar qəbulla bağlı bütün iş günləri ərzində məhkəmənin ümumi şöbəsinə müraciət edir, aidiyyəti üzrə qəbula yazılırlar;

 

            1.2. qəbula yazılmaq üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilir;

 

         1.3. vətəndaşlar Bakı Apellyasiya Məhkəməsinin elektron poçt ünvanı (umumi-shobe@bk.ru) vasitəsilə də qəbula yazıla bilərlər.

 

         2. Məhkəmənin  Ümumi  şöbəsinin  müdiri  tərəfindən vətəndaşların qəbulu bütün iş günləri ərzində həyata keçirilir.

 

         2.1. Ümumi şöbədə qəbul zamanı vətəndaşlara qaldırılan məsələ üzrə müvafiq izah verilir və onların aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılması təmin olunur.

 

         3. Məhkəmə aparatının rəhbəri tərəfindən vətəndaşların qəbulu hər həftənin cümə axşamı günü saat 09:00-dan 13:00-dək, zəruri hallarda isə dərhal həyata keçirilir.

 

         4. Bakı Apellyasiya Məhkəməsinin sədr müavini tərəfindən vətəndaşların qəbulu hər həftənin bazar ertəsi günü saat 16:00-dan başlayaraq həyata keçirilir.

 

         5. Bakı Apellyasiya Məhkəməsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü saat 14:00-dan başlayaraq həyata keçirilir.

 

         6. “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan  Respublikası Qanununun tələblərinə uyğun olaraq məhkəmə sədrinin, sədr müavininin öz icraatlarında olan işlərlə bağlı qəbul aparılmır.

         Müraciət aidiyyəti üzrə olmadıqda isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq izah verilir.

 

 

 


© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |