Xəbərlər

Bakı Apellyasiya Məhkəməsində Barışıq Skamyası qoyulmasından 3 il ötür

10.06.2014

Bakı Apellyasiya Məhkəməsində Barışıq Skamyası qoyulmasından 3 il ötür.

Məlumat üçün bildiririk ki, 10 iyun 2011-ci il tarixdə  Bakı Apellyasiya Məhkəməsinin  Məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan Barışıq Skamyası qoyulmuşdur. Kütləvi informasiya vasitələrində geniş işıqlandırılan  bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır. Barışıq tərəflərin hüququdur və məhkəmə prosesinin istənilən mərhələsində mümkündür.

         Ötən üç il ərzində Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş işlərdən  altmışdan çoxu (altmış ikisi)­ məhkəmə proseslərində iştirak etmək üçün məhkəməyə gələn  insanlarda Barışıq Skamyasının yaratdığı barışıq təəssüratı nəticəsində tərəflər arasında barışıq sazişinin bağlanması ilə nəticələnmişdir.

Müşahidələr onu deməyə əsas verir ki, bu davamlı və dinamik bir prosesdir.

 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |