Xəbərlər

Kütləvi informasiya vasitələrinin nəzərinə

25.12.2014

14 avqust 2012-ci il tarixli məlumatımıza əlavə olaraq nəzərinizə çatdırırıq ki, vaxtaşırı Azvizion.az və digər kütləvi informasiya vasitələri tərəfindən yayılan bəzi məlumatların mənbəyi kimi “Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib”, “Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub”, “Bakı Apellyasiya Məhkəməsindən faktı təsdiqləyiblər”, “Bakı Apellyasiya Məhkəməsindən qeyri-rəsmi əldə etdiyimiz xəbərə görə” adı ilə ictimaiyyəti çaşdıran, həqiqətə uyğun olmayan informasiyalar verilir.

Bununla əlaqədar bir daha bildiririk ki, Bakı Apellyasiya Məhkəməsində baxılan işlərlə bağlı kütləvi informasiya vasitələrinə məhkəmənin öz təşəbbüsü ilə hər hansı bir məlumat verilmir.Lakin buna baxmayaraq bir sıra kütləvi informasiya vasitələri heç bir əsas olmadan Bakı Apellyasiya Məhkəməsinə istinad etməklə yanlış məlumatlar yayırlar.

Bakı Apellyasiya Məhkəməsi tövsiyyə edir ki, kütləvi informasiya vasitələri yaydıqları informasiyaların mənbəyini olduğu kimi qeyd edərək faktlara əsaslanan informasiyalar versinlər.

 

Bakı Apellyasiya Məhkəməsi



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |