Xəbərlər

Kütləvi informasiya vasitələrinin nəzərinə:

11.10.2017

            Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl” İnvestisiya Kommersiya Bankı” ASC-nin cavabdeh Xamaza Vasiliy Viktoroviçə qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddiası üzrə Bankın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, Bankın iddiası tam həcmdə təmin edilmişdir.

           Bakı Apellyasiya Məhkəməsi tərəfindən mülki işə baxılarkən cavabdeh V.V.Xamazanın hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcudluğu aşkara çıxarıldığından, bu barədəAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 23 iyun 2017-ci il tarixli xüsusi qərardadla xəbər verilməsi qərara alınmışdır.

            Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan xüsusi qərardadı əsasında Azərbaycan RespublikasıBaş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə 28 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə tapşırılmışdır.



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |