Xəbərlər

Bakı Apellyasiya Məhkəməsinin məlumatı

15.12.2017

Bakı Apellyasiya Məhkəməsinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilmişdir.

Məlumat həqiqəti əks etdirmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkzib olunur.

Belə ki, Kütləvi İnformasiya Vasitələri tərəfindən yayımlanan yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılmış və həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail rayon məhkəməsinin 02 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

 

 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |