Xəbərlər

Bakı Apellyasiya Məhkəməsinin məlumatı

04.06.2018

Bakı Apellyasiya Məhkəməsinin məlumatı

"Azinforum.az" internet İnformasiya Portalında Özünü Apellyasiya Məhkəməsinin Orxan adlı işçisi kimi təqdim edən şəxs saytdan yazını necə sildirmək istəyir?” –başlığı altında informasiya dərc edilmişdir.

Məlumat həqiqəti əks etdirmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkzib olunur.

Belə ki, özünü  “Azinforum.az” internet İnformasiya Portalının nümayəndəsinə Bakı Apellyasiya Məhkəməsinin işçisi olaraq təqdim edən və İnformasiya Portalına zəng edərək, 2016-cı ilin dekabr ayının 31-də  Avtosfer.az saytına istinadən dərc edilmiş məqaləni sildirmək istəyən Orxan adlı şəxs  Bakı Apellyasiya Məhkəməsinin işçisi deyildir.



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |