Xəbərlər

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə

04.01.2019

 

            Bakı Apellyasiya Məhkəməsinin məlumatı

      Bəzi kütləvi informasiya vasitələrində “Azərbaycanda «hüquqi inqilab» başlayıb – Qanun dəyişdi” başlığı altında məqalədə Babalı Hafiz adlı şəxsin Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qərarının üç aydır əldə edə bilməməsi barədə informasiya  dərc edilmişdir.

          Məlumat həqiqəti əks etdirmədiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən təkzib olunur.

      Belə ki, kütləvi informasiya vasitələri tərəfindən yayımlanan Hafiz Ərköyün oğlu Babalının müraciəti Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli məktubu ilə cavablandırılmış və qərarın əldə edə bilməməsinin səbəbi kimi H.Babalının müraciətdə göstərdiyi iş üzrə prosessual qanunvericiliyə əsasən işdə iştirak edən şəxslər sırasında olmadığı göstərilmişdir. 

 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |