Xəbərlər

Bakı Apellyasiya Məhkəməsinin Məlumatı

17.03.2020

Azərbaycan Respublikasının Baş Nazirinin dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil olunmasının təmin edilməsi ilə bağlı ünvanladığı məktubdan 

 

Ç I X A R I Ş 

 

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin.

 

Qeyd: elektron ünvan və telefon nömrəsi-

contact@bakuappealcourt.gov.az

012 538 16 08 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |