Xəbərlər

Bakı Apellyasiya Məhkəməsi daxili müsahibə elan edir

21.09.2020

Bakı Apellyasiya Məhkəməsi məhkəmənin Analitik şöbəsinə aparıcı məsləhətçi, Ümumi şöbədə aparıcı məsləhətçi inzibati dövlət qulluğu vəzifəsinə Dövlət İmtahan Mərkəzi ilə birlikdə daxili müsahibə elan edir. 

Müsahibədə Bakı Apellyasiya Məhkəməsində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 21 sentyabr 2020-ci il -05 oktyabr 2020-ci il tarixdə aparılacaq. 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |