Xəbərlər

Bəzi kütləvi informasiya vasitələrində dərc edilmiş “Günah məhkəmə icraçıları ilə hakimdədir” adlı məqalə ilə bağlı

09.10.2015

Bəzi kütləvi informasiya vasitələrində  dərc edilmiş “Günah məhkəmə icraçıları ilə hakimdədir” adlı məqalədə Bakı Apellyasiya Məhkəməsi ilə bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli 2(103)-6037/2012 saylı qətnaməsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsi 66/74 nömrəli fərdi yaşayış evindən hər hansı şəxsin çıxarılması və ya həmin ünvanda olan tikililərin sökülməsi göstərilməmişdir. Əksinə həmin qətnamədə qeyd olunmuşdur ki, mübahisəli ünvanda hasarın çəkilməsi tikililər sökülmədən də həyata keçirilə bilər. 



© 2005 - 2015  BakuAppealCourt.az | All rights Reserved    |